Bu gün UEFA Avropa Liqasında finalçıların adına aydınlıq gələcək.

UEFA Avropa Liqasında finalçılardan birini İngiltərə təmsilçiləri müəyyənləşdirəcək. “Aston Villa” Birmingemdə “Nottinqem Forest”lə münasibətlərə aydınlıq gətirəcək. İlk oyunda Kris Vudun penaltidən vurduğu qol sayəsində “meşəbəyilər” minimalhesablı qələbə qazanıb. İsveçli Qlenn Nüberqin ədaləti qoruyacağı oyun saat 23:00-da etibarən “CBC Sport”la canlı yayımlanacaq.

Paralel keçiriləcək digər görüşdə “Frayburq” “Braqa”nı qəbul edəcək. İlk matçda Portuqaliya klubu son dəqiqə qolu ilə 2-1 hesablı qələbə qazanıb. Qarşılaşmanı İtaliyadan Davide Massa idarə edəcək.