“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Rays, London klubunun evdə “Atletiko Madrid”i 1:0 məğlub etdiyi və mərhələ adladığı matçda 90 dəqiqə meydanda olub. Yekunda o, qarşılaşmanın ən yaxşısı seçilib.
İngiltərəli futbolçu səsvermədə PSJ-nin müdafiəçisi Vilyan Paçonu qabaqlayıb.













