9-10 may tarixlərində Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək. Yarışda Azərbaycanı 9 çəki dərəcəsində 26 idmançı təmsil edəcək.
Kişilər arasında Babarəhim Mirzəyev, Murad Əliyev, Murad Muradlı, Məhəmməd Məmişov, Şamo Hüseynov (hamısı 60 kq), Yaşar Nəcəfov, Hüseyn Allahyarov, Zahir Ağazadə, İslam Rəhimov, Nizami İmranov, Bəhram Qurbanlı, Elşən Əsədov, Nazir Talıbov (hamısı 66 kq), Nadir İmanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev, Elton İmranov (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Nihad Şıxəlizadə, Əjdər Bağırov, Şahin Əsədov, Elmar Qasımov (hamısı 100 kq) və Qurban Məmmədli (+100 kq) medallar uğrunda yarışacaq. Onlar turnirə böyük məşqçilər – Elçin İsmayılov və Robert Kravçik rəhbərliyi altında qatılacaqlar.
Qadınlardan isə Diana Tçkayeva (48 kq), Ülviyyə Bayramova (57 kq) və Madina Kaisinova (+78 kq) medalçılar sırasına düşməyə çalışacaqlar. Yığma məşqçisi İmamverdi Məmmədov olacaq.













