Bu gün Misli Premyer Liqasında XXX tura yekun vurulacaq.

Sonuncu pillədən qurtulmağa çalışan “Karvan-Yevlax” doğma meydanda avrokubokları hədəfləyən “Neftçi”ni qəbul edəcək.

Yevlax şəhər stadionunda keçiriləcək görüşü Rauf Cabbarov idarə edəcək. Saat 16:00-da başlayacaq matç “CBC Sport”la canlı yayımlanacaq.