İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.
Çempionluq uğrunda yarışan “Mançester Siti” səfərdə “Everton”la qarşılaşıb. Görüş 3:3 hesablı bərabərlikkə bitib. Bu nəticə ilə “Arsenal”ın çempionluq şansı artıb.
Belə ki, “Arsenal” hazırda 76 xalla liderdir. 12 oyundur ki, məğlub olmayan “Mançester Siti” artıq liderdən 5 xal geri qalır. Onların ehtiyatında bir oyun olduğunu da qeyd edək. 64 xalla 3-cü olan UEFA Çempionlar liqasına vəsiqəni təmin edən “Mançester Yunayted” “Liverpul”və “Aston Villa”nı 6 xal qabaqlayır.














