Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.

“Qarabağ” “Turan Tovuz”la münasibətlərə aydınlıq gətirəcək. Hazırda 59 xalı olan Ağdam klubu ikinci, ondan 3 xal geri qalan “TUran Tovuz” isə üçüncü yerdə qərarlaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq.