İtaliya A seriyasında XXXV turun oyunları keçirilir.

Doğma meydanda “Parma”nı qəbul edən lider “İnter” 2:0 hesablı qələbə qazanıb. Nəticədə xalını 82-yə çatdıran Milan klubu sona 3 tur qalmış 70 xal toplayan ən yaxın izləyicisi “Napoli” üçün əlçatmaz olub və tarixində 21-ci dəfə ölkə çempionu olub.

Əlavə edək ki, Kristian Kivunun kollektivinin İtaliya Kubokunu da qazanmaq imkanı var. “İnter” mayın 13-ü baş tutacaq final görüşündə “Latsio” ilə üzləşəcək.