UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

Raundun ilk matçında PSJ Fransada Almaniyanın “Bayern Münhen” komandasını qəbul edəcək.

Qarşılaşma “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi isveçrəli Sandro Şerer olacaq.

Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. “Atletiko Madrid” İspaniyada İngiltərənin “Arsenal” kollektivi ilə üz-üzə gələcək.