Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Hertseq Novi şəhərinə yollanıb.
Yığma Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını başa vurub. Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Hertseq Novi şəhərinə yollanıb.
Elşad Quliyevin rəhbərlik etdiyi komanda burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək













