Bu gün Misli Premyer Liqasında XXIX turun daha iki görüşü keçiriləcək.
Saat 16:00-da başlayacaq matçda “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq oyunu Rəşad Əhmədov idarə edəcək.
Turun mərkəzi qarşılaşmasında “Neftçi” doğma meydanda “Qarabağ”la üzləşəcək. “Palms Sports Arena”da keçiriləcək duel saat 19:00-da start götürəcək. Azərbaycan derbisində baş hakim Tural Qurbanov olacaq.
















