Albaniyanın paytaxtı Tirana şəhərində təşkil edilən güləş üzrə Avropa çempionatı başa çatıb.

Son yarış günündə Azərbaycanın beş təmsilçisi medal görüşünə çıxıb. Ali Tsokayev (92 kq) finalda Ahmed Batayevə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevə (Macarıstan) qalib gələrək qızıl medallara sahib çıxıblar.

Turan Bayramov (74 kq) həlledici görüşdə Taymuraz Salmazanova (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevə (UWW) məğlub olaraq ikinciliklə kifayətləniblər. Nurəddin Novruz (61 kq) isə üçüncü yer uğrunda dueldə Simone Vinçenzo Pirodduya (İtaliya) uduzub.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 13 medalla başa vurub. Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc mükafata sahib çıxıb. Qadın idmançılarımızdan Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar.