Albaniyanın paytaxtı Tiranada təşkil edilən güləş üzrə Avropa çempionatının yeddinci günündə Azərbaycanın beş idmançısı medal görüşünə çıxacaq.

Sərbəst güləşçilərdən dördü qızıl medal uğrunda yarışacaq. Belə ki, Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanovla (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşacaq.

Nurəddin Novruz (61 kq) isə üçüncü yer uğrunda dueldə Ermənistandan Arsen Arutyunyanla üzləşəcək.