Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.
“Neftçi” “Abşeron Lions”la üz-üzə gələcək.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 14:00-da başlayacaq. Tərəflərin ilk görüşündə “Abşeron Lions” 95:89 hesabı ilə üstün olub. “Şirlər” bu dəfə qalib gələrsə finala adlayacaq.
Xatırladaq ki, dünən başa çatan ilk yarımfinal duelində “Gəncə”ni mübarizədən kənarlaşdıran “Sabah” həlledici matça vəsiqə qazanıb.














