Azərbaycan Basketbol Liqasında ilk finalçının adına aydınlıq gəlib

Gəncə İdman Sarayında keçirilən görüşdə son çempion “Sabah” “Gəncə”nin qonağı olub. Matç “bayquşlar”ın 78:73 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə ilk oyunda 96:67 qələbə əldə edən “Sabah” finala adlayıb. Qeyd edək ki, yarımfinalın sabah baş tutacaq ikinci duelində “Neftçi” və “Abşeron Lions” komandaları üzləşəcək.