Albaniyanın paytaxtı Tiranada təşkil edilən Avropa çempionatında bu gün Azərbaycanın 8 sərbəst güləşçisi döşək üzərinə çıxacaq.
Belə ki, Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) xalçaya çıxacaqlar.
Bununla yanaşı, 57 kq-da İslam Bazarqanov qızıl medal uğrunda görüşə çıxacaq. Həlledici dueldə onun rəqibi Musa Mehtixanov (UWW) olacaq.
79 kq-da yarışan Cəbrayıl Hacıyev bürünc medal uğrunda Rasul Şapiyev (Şimali Makedoniya)/Tariel Qafrindaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
65 kq-da isə Rəşid Babazadə isə təsəlliverici qarşılaşamada Belçikadan Ayub Musayevlə ilə üzləşəcək.











