Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin matçında “Abşeron Lions” “Neftç”ni qəbul edib.

Görüş ev sahiblərinin 95:89 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, yarımfinalın ilk oyununda “Sabah” “Gəncə”ni 95:67 üstələyib. Etapda iki qalibiyyət əldə edən kollektiv finala yüksələcək.