“Çelsi” baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb.
London kollektivi rəsmi açıqlamasında mütəxəssisə göstərdiyi fəaliyyətə görə təşəkkür edib və onun peşəkarlığını yüksək qiymətləndirib. Paylaşımda həm də son nəticələr və komandanın çıxışının klubun gözləntilərindən aşağı olduğu vurğulanıb.
Qeyd edək ki, Rosenyor cari ilin yanvar ayında “Çelsi”nin sükanında Entso Mareskanı əvəz etmişdi. Son 5 matçda qol vurmadan məğlub olan “göylər” hazırda İngiltərə Premyer Liqasında 48 xalla yeddinci pillədə qərarlaşıb.














