Bizon Azərbaycan Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.
Yarımfinal mərhələsinin cavab oyununda turnirin son qalibi “Sabah” “Bank Respublika Arena”da “Qarabağ”ı qəbul edib. Səfərdə 2:2 hesablı bərabərliyin ardından evdə 2:1 qalib gələn “bayquşlar” ardıcıl ikinci mövsüm kubokda finala yüksəlib.
Xatırladaq ki, “Sabah” və “Zirə” arasında keçiriləcək həlledici görüş mayın 13-də “Palms Sports Arena”da baş tutacaq.















