Bizon Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib.
“Zirə İdman Kompleksi”nin stadionunda baş tutan yarımfinalın cavab matçında “Zirə” “Turan Tovuz”u qəbul edib. Oyunda hesab açılmayıb – 0:0. Birinci görüşdə 2:0 qalib gələn “Zirə” həlledici matça adlayıb.
Aprelin 22-si keçiriləcək “Sabah” – “Qarabağ” qarşılaşmasında “qartallar”ın rəqibi bəlli olacaq.


















