Aprelin 17-19-u aralığında Bakı bədii gimnastika üzrə Dünya Kuboku, “AGF Trophy” beynəlxalq turniri keçiriləcək. Yarışda 40-dan çox ölkə iştirak edəcək.
Belə ki, Azərbaycan təmsilçiləri ilə yanaşı, Aruba, Avstriya, Braziliya, Bolqarıstan, Kosta-Rika, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qvatemala, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Meksika, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Moldova, Rumıniya, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Suriya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan və Venesuela idmançıları da medallar uğrunda mübarizə aparacaq.
Üç gün əhatə edəcək turnirdə gimnastlar həm ayrı-ayrı alətlər üzrə, həm də çoxnövçülük proqramında yarışacaqlar. Yekunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup komandası xüsusi “AGF Trophy” kubokunu qazanacaq.














