“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb.
“Bayquşlar” 7-8-ci yerlər uğrunda Türkiyənin “Tofaş” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma 86:60 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə bitib və “Sabah” turniri 7-ci pillədə başa vurub.














