Almaniya Bundesliqasının XXIX turunda “Haydenhaym”a 1:3 hesablı məğlubiyyətin ardından “Union Berlin” klubu baş məşqçi Şteffen Baumqartla yolları ayırıb.
Paytaxt təmsilçisi bu posta Mari-Luiza Etanı gətirib. Bununla da o, çempionat tarixinə ilk qadın baş məşqçi kimi keçib.
Qeyd edək ki, Etanın son olaraq berlinlilərin U-19 kollektivinə rəhbərlik edib. O, 2023-2024 mövsümündə “Union”un əsas komandasında məşqçilər korpusunda yer alıb.














