İspaniya La Liqasında 31-ci tura start verilib.

Açılış matçı Madriddə baş tutub. Çempionluq uğrunda mübarizə verən “Real” doğma meydanda “Jirona” ilə münasibətlərə aydınlıq gətirib. Son oyunda “Malyorka”ya uduzan “kral klubu” bu görüşdə də qələbə qazana bilməyib. “Kral klub”u Federiko Valverdenin qolu ilə hesabda önə keçsə də qələbə hesabını qoruya biməyib və görüş 1:1-lik bərabərliklə yekunlaşıb.

İspaniya La liqasında cari tur bu gün oynanılacaq 4 görüşlə davam edəcək. Hazırda lider olan “Barselona” saat 20:30-da başlayacaq matçda “Espanyol”u məğlub edərsə 70 xalla ikinci yeri tutan “Real Madrid”lə xal fərqini 9-a çatdıracaq.