İngiltərə Premyer Liqasında XXXIII tur davam edir.
“Bornmut”u qəbul edən lider “Arsenal” son zamanlar uğursuz çıxışını davam etdirib və 1:2 hesabı ilə uduzub. Bu London klubunun bütün turnirlər daxil olmaqla axır 4 görüşdə 3-ü məğlubiyyəti olub.
Hazırda birinci yeri tutan “Arsenal”ın 70 xalı var. 61 xalla ikinci mövqedə qərarlaşan “Mançester Siti” rəqibindən iki matç az keçirib.














