Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək.
İlk matçda “Rayo Valyekano” doğma “Kampo-de-Valyekas”da “AEK Afina”nı qəbul edəcək. Saat 20:45-də başlayacaq oyun “CBC Sport”la canlı yayımlanacaq.
Digər görüşlər isə saat 23:00-da start götürəcək. “Kristal Pelas” Londonda “Fiorentina” ilə üz-üzə gələcək. “Strasbur” və “Maynts” Fransada qarşılaşacaqlar. Oyunlarını Polşanın Krakov şəhərində keçirən “Şaxtyor” isə “AZ Alkmaar”la görüşəcək.
Mərhələnin cavab oyunları aprelin 16-da baş tutacaq.














