Bu gün UEFA Avropa liqasında 1/4 final mərhələsinin daha üç görüşü keçiriləcək. Bütün oyunlar saat 23:00-da başlayacaq.

“Aston Villa” səfərdə “Bolonya” ilə üzləşəcəksə, “Selta Viqo” Almaniyada “Frayburq”la qarşılaşacaq.

“CBC Sport”la canlı yayımlanacaq matçda “Portu” “Nottinqem Forest”i qəbul edəcək.

Mərhələnin cavab görüşləri aprelin 16-da baş tutacaq.