Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə aprelin 10-dan 12-dək Bakıda beynəlxalq “Grand Prix” turniri keçiriləcək.

Yarış Sərhədçi İdman Mərkəzində təşkil ediləcək.

9 ölkədən ümumilikdə 700-ə yaxın idmançının qatılacağı turnirin açılış mərasimi aprelin 10-da, saat 17:00-da keçiriləcək.