Polşada təşkil edilən şahmat üzrə fərdi Avropa çempionatına start verilib.
Yarışda ölkəmizi təmsil edən 14 zəka sahibindən 10-u qələbə qazanıb. Belə ki, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Süleyman Süleymanlı və Gövhər Beydullayeva rəqibini məğlub etməyi bacarıb.
11 turdan ibarət olacaq və dünya kubokuna vəsiqə verəcək yarış aprelin 19-da başa çatacaq.














