Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyətində dəyişiklik baş verib.
66 kq çəki dərəcəsində zədə alan Ruslan Paşayev Turan Bayramovla əvəzlənib.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.














