Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinə yekun vurulub.

Birinci oyunda 121:107 üstün olan NTD “Sumqayıt”ı ikinci matçda da məğlub edib – 95:88. Onların 1/4 finaldakı rəqibi “Neftçi” olacaq.

“Gəncə” “Lənkəran”a 101:77 qalib gəlib. İlk qarşılaşmanı 91:55 xeyrinə tamamlayan qərb klubu növbəti etapda “Ordu” ilə üzləşəcək.

Həmçinin, pley-off mərhələsində “Sabah” – “Naxçıvan” və “Abşeron Lions” – “Şəki” görüşləri keçiriləcək.