Bilyardın “9 Pool” növü üzrə Azərbaycan çempionatı başa çatıb.
Kişilər arasında Orxan Qubatov qızıl, Dmitri Neçay gümüş, Elnur Nuriyev və Tural Zeynallı isə bürünc medal qazanıblar.
Qadınların mübarizəsində isə Mina Nəsirova birinci olub. Südabəxanım İsmayılova ikinci yeri tutubsa, Zəhra Abbasova və Zəminə Yolçuzadə bürünc mükafat əldə ediblər.












