Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində mübarizə davam edir.
Bu gün iki matç keçirilib. İlk oyunda “Quba”nı 101:89 məğlub edən “Şəki” ikinci görüşdə də 120:77 hesablı qalibiyyət əldə edərək 1/4 finala adlayıb. Onlar burada “Abşeron Lions”la qarşılaşacaqlar.
“Naxçıvan” isə “Sərhədçi”dən 93:80 üstün olub. Birinci dueldə 98:87 hesab ilə qalib gələn Muxtar Respublika təmsilçisi də adını növbəti etapa yazdırıb və “Sabah”a rəqib olub.
Pley-in mərhələsinim daha iki oyunu sabah baş tutacaq.














