Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.

Günün ikinci matçında “Naxçıvan” “Sərhədçi” ilə qarşılaşıb.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 98:87.

Günün ilk görüşündə isə “Şəki” “Quba”nı 101:89 hesabı ilə üstələyib.

Qeyd edək ki, komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.