“Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms əfsanəvi Kərim Əbdül-Cabbarın rekordunu təkrarlayıb.

Bu, NBA-in müntəzəm çempionatında “Vaşinqton”la matçda (120:101) reallaşıb.

Pley-off matçları da daxil olmaqla, liqada qazanılan qələbələrin sayını 1228-ə çatdıran Lebron bu göstərici üzrə tarixin ən yaxşı nəticəsinə şərik olub.

Görüşdə 21 xal, 10 ribaund və 12 məhsuldar ötürmə ilə “trip-dabl” edən 39 yaşlı basketbolçu matçın ən məhsuldar oyunçusu olub.

Qeyd edək ki, hazırda “Los-Anceles Leykers” Qərb konfransında 49 qələbə və 26 məğlubiyyətlə 3-cü pillədə qərarlaşıb. “Vaşinqton” isə 17 qələbə və 58 məğlubiyyətlə Şərq konfransının sonuncu – 15-ci sırasındadır.