Azərbaycan millisinin “FIFA Series – 2026” beynəlxalq yoldaşlıq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü gürcüstanlı Giorgi Kruaşvili idarə edəcək.
Ona Levan Varamişvili və Giorgi Elikaşvili kömək göstərəcək. Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşma martın 27-də, saat 19:00-da start götürəcək.


















