Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə ilk oyununa çıxıb.
B Liqasının 6-cı qrupunda mübarizə aparan U-19 seçməmiz ilk görüşünü Litvada meydan sahibi komandaya qarşı keçirib. Kaunasdakı “Raudondvario” stadionunda baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qalibiyyəti ilə bitib.
Qeyd edək ki, yığma növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

















