Azərbaycanın paracüdo üzrə millisi Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda qüvvələrini sınayacaqlar.
Bu gün start götürəcək arışda ölkəmizi kişilərin mübarizəsində İsmayıl Muradov (J1, 70 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Mehman Hüseynov (J1, +95 kq) təmsil edəcəklər.
Qadınların arasında isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) tatami üzərinə çıxacaq. Milliyə baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimovun rəhbərlik edirlər.
Turnir sabah başa çatacaq.














