Azərbaycan taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən “Belgian Open” beynəlxalq turnirində 6 medal qazanıblar.
Gənclər arasında 49 kq çəki dərəcəsində Nilufər Borci fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medala sahib çıxıblar.
Böyüklər arasında keçirilən yarışda isə Qaşım Maqomedov (63 kq) bürünc medala yiyələnib. Turnirdə həmçinin, beyxəlxalq dərəcəli azərbaycanlı referi Aygül Abdullayeva iş başında olub.














