Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.

Təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor” (Türkiyə) – PAOK (Yunanıstan) görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Sözügedən oyun martın 22-də Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman Ki buompleksində keçiriləcək.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.