Azərbaycan idmançısı Əli Vəliyev İspaniyanın Barselona şəhərində keçirilən paraüzgüçülük üzrə Dünya Seriyasında uğurlu çıxışla diqqət çəkib.

Yeniyetmə paralimpiyaçı S10 kateqoriyasında 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1 dəqiqə 0.41 saniyə nəticə göstərərək gümüş medal qazanıb.

Qeyd edək ki, Barselonada təşkil olunan Dünya Seriyasında dünyanın müxtəlif ölkələrindən güclü idmançılar çıxış edir.