Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi karyerasında 900-cu qolunu vurub.

38 yaşlı hücumçu “Neşvill”lə doğma meydanda heç-heçə (1:1) etdikləri KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda fərqlənib.

İlk görüşdə hesab açılmadığı üçün rəqib səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir.