Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 51 ölkədən 386 idmançı mübarizə aparacaq.
Sabah start götürəcək “Böyük Dəbilqə”nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.
Kişilər
66 kq, 1/32 final
Turan Bayramov – Kilian Noel (Fransa)
66 kq, 1/16 final
Rəşad Yelkiyev – Yoxem van Harten (Niderland)
73 kq, 1/32 final
Kamran Süleymanov – Rey Marinks (Belçika)
73 kq, 1/16 final
Hidayət Heydərov – Zelemxan Batçayev (Belçika)
+100 kq, 1/8 final
Camal Qamzatxanov – Saba Kardava (Gürcüstan) / Losseni Kone (Almaniya) cütünün qalibi
Kənan Nəsibov – Yelaman Yerqaliyev (Qazaxıstan) / Gela Zaalişvili (Gürcüstan) cütünün qalibi
Qadınlar
48 kq, 1/16 final
Könül Əliyeva – Mişel Altanşaqay (Monqolustan)
52 kq, 1/8 final
Leyla Əliyeva – Gefen Primo (İsrail)
70 kq, 1/16 final
Südabə Ağayeva – Nino Qulbani (Gürcüstan)
Aytac Qardaşxanlı – Şirincon Yuldoşova (Özbəkistan)
+78 kq, 1/8 final
Madina Kaisinova – Erika Simonetti (İtaliya)














