Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu keçirilib.

Kişilərin yarışında “Azərreyl” “Xilasedici” ilə üz-üzə gəlib və ikincilər 3:2 hesablı qələbə qazanıblar.

Qadınların mübarizəsində iki matç baş tutub. “Azərreyl” “Gənclər”i 3:0, “DH Volley” isə “Milli Aviasiya Akademiyası”nı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ötən gün kişilərin yarışında “Neftçi” “Gənclər”i (3:0), “Ordu” “Murov Az Terminal”ı (3:2) məğlub edib. Qadınların mübarizəsində “Turan Tovuz” “Murov Az Terminal”dan güclü olub – 3:1.