Serbiyanın Zrenyanin şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında Azərbaycan təmsilçiləri daha iki medal əldə edib.
Yunan-Roma güləşində 55 kq-da mübarizə aparan Fərid Sadıqlı yalnız finalda rusiyalı Alibek Amirova məğlub olaraq gümüş mükafata yiyələnib.
63 kq-da isə İlkin Qurbanov bürünc medal uğrunda görüşdə gürcüstanlı Rati Kozrevanidzeyə 8:3 qalib gəlib və üçüncü yeri tutub.












