“Formula 1” üzrə Çin Qran-prisinin qalibi müəyyənləşib.
Belə ki, “Mersedes” komandasının üzvü Andrea Kimi Antonelli birinci yeri tutub. Bu, 19 yaşlı pilotun karyerasında ilk tituludur. Həmçinin, italiyalı Maks Ferstappendən sonra turnir tarixində Qran-pri qazanan ikinci ən gənc sürücü olub.
Onun komanda yoldaşı Corc Rassell ikinci, “Ferrari”dən Lüis Hemilton üçüncü olub.












