Misli Premyer Liqasında XXIV turun daha bir matçı baş tutub.
Quba şəhər stadionunda lider “Sabah” “İmişli”nin qonağı olub. Görüş “bayquşlar”ın 5:0 hesablı qalibiyyəti ilə bitib.
Bütün turnirlər daxil olmaqla 25 oyundur uduzmayan “Sabah” xalını 59-a çatdırıb.
Günün digər qaşılaşması “Zirə” və “Qarabağ” arasında saat 19:15-də başlayacaq.














