Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatında qadınların mübarizəsinə yekun vurulub.

Son yarış günündə təmsilçilərimizdən 62 kq-da Ruzanna Məmmədova final görüşünə çıxıb. O, həlledici dueldə rusiyalı Amina Tandelovaya məğlub olub və gümüş medalla kifayətlənib.

Beləliklə, qadım millimiz turniri 1-i qızıl, 2-si gümüş olmaqla 3 medalla başa vurub. 59 kq-da Günay Qurbanova çempion adını qazanıb. Məmmədova ilə yanaşı, 55 kq-da Gültəkin Şirinova da ikinci yeri tutub.