“Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyi “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinə qoşulub.
Qərar Azərbaycan Yelkən Federasiyasının ümumi yığıncağında qəbul edilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, son illər federasiyanın fəaliyyətini yüksək qiymətləndirib.
İclasda “Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinə qoşulması məsələsi irəli sürülüb və səsvermə ilə qəbul olunub.











