Azərbaycan Basketbol Liqasında XIX turun iki görüşü keçirilib.

A qrupunda “Sabah” “Gəncə” ilə səfər matçında 87:73 hesablı qələbə qazanıb. “Abşeron Lions” isə “Neftçi”ni 107:86 məğlub edib.

Hazırda “Sabah” 37 xalla qrup lideridirsə, “Abşeron Lions” ondan 1 xal geri qalır. B qrupunun birincisi 36 xallı “Ordu”dur.

Tura sabah keçiriləcək NTD – Şəki oyunu ilə yekun vurulacaq.