Taylandın paytaxtı Bankokda 3×3 basketbol üzrə qadınların FIBA Çempionlar Kuboku start götürüb. Yarışa birinci dəfə qatılan Azərbaycan millisi də ilk oyunlarını keçirib.
B qrupunda yer alan Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenhauer və Tatyana Deniskinadan ibarət yığma Kanada 10:16 uduzubsa, Taylanda 21:8 qalib gəlib.
Milli sabah İspaniya ilə üzləşəcək. Qeyd edək ki, turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.












